
Çanaq sınıqları haqqında. Müayinə və müalicəsi

Çanağı əmələ gətirən ilium, iskium, pubis və arxada sakrum sümükləri, yalançı və həqiqi çanaq təsvir edilmişdir.
Çanaq sınıqları haqqında ümumi məlumat
Çanaq, bədən ağırlığını, onurğadan aşağı ətraflara ötürür. Çanaq üç bitişik sümükdən ve arxada oma sümüyünün birləşməsindən ibarətdir. Çanaqda 5 oynaq var. Bunlardan öndə simfizis pubis, iki pubik sümük arasında təxminən 5 mm’lik bir boşluqda fibroz qığırdaq tərkibli disk görülür. İki sirkə kasası ve arxada 2 ədət oma-qalça oynaqları mövcuddur. Çanağın iç tərəfindəki çanaq kənarlarını birləşdirən xətt ilə çanaq nəzəri olaraq yalançı və həqiqi çanaq olaraq iki yerə ayrılır.
Çanaq kənarının altında qalan həqiqi çanağın içərisində, sidik kanalı, düz bağırsaq, qadınlarda uşaqlıq və vagina; kişilərdə isə prostat yerləşir. Çanaqda iliak arteriyalar daxili və xarici olaraq iki şaxəyə ayrılır. Çanaqdaki böyük oturaq çəntiyindən: oturaq sinir, üst və alt sarğı sinirləri, daxili pudental sinir, arxa bud dəri siniri, kvadrat bud əzələsinə gedən sinir, xarici obturator əzələsinə gedən sinir, üst və alt sarğı və daxili pudendal damarlar ve armudvari əzələ görünür. Çanaq sümüklərini bir yerdə tutan bağlar bədənin ən güclü bağlarıdır. Bu bağlardan rotasiyanı sabit saxlayanlar: simfizis bağları, sakrospinoz bağ, ön oma-qalça bağı və qısa arxa oma-qalça bağlarıdır. Şaquli stabilliyi saxlayanlar isə: sümükarası oma-qalça bağ, uzun arxa oma-qalça bağ, iliolumbar ve lateral lumbosakral bağlar ilə sakrotüberöz bağlardır.
Çanaq sınıqları zamanı müayinə və diaqnoz
Anamnez diaqnozu tez bir zamanda qoymaq, sınıq növünün formasını, istiqamətini, şiddətini və təsir gücünü anlamaq və müşaiyət edə biləcək əlavə yaralanmaların axtarışı baxımından çox vacibdir. Fiziki müayinədə çanaq bölgəsində hematoma, xarici bərabərsizlik, anormal çanaq daxili və ya xarici rotasiya deformasiyasının olması araşdırılır. Uretrada, vaginada və ya rektumda olan qan bu bölgələrdə yaralanmaların olduğunu göstərə bilər. Palpasiya ilə həssaslıq və krepitasiya axtarılır. Qalça qanadlarının tutduğu incə daxili və xarici fırlanma hərəkətləri ilə fırlanma qeyri-sabitliyi; Şaquli qeyri-sabitlik ayağı tutaraq diqqətlə itələmək və çəkməklə araşdırılır. Bütün bu çətin manevrlər, çanaqda hematomu dağıtmamaq və yeni qanaxmalara səbəb olmamaq üçün bir dəfə və diqqətlə edilməlidir. Gizli açıq sınıq və ya onu müşaiyət edən zədələnmələri qaçırmamaq üçün hər bir xəstə üçün rektal və vaginal barmaq müayinəsi aparılmalıdır. Yüksək infeksiya riski olan Morel-Lavalle lezyonları (Qalın fassiyanın bud sümüyü burmasından ayrılması) atlanmamalıdır.
Çanaq sınıqları zamanı radioloji müayinə

Rentgen və KT muayinələrdə çanaq sınıqlarının görüntüsü
Çanaq sınıqlarının dəyərləndirilməsində, ön-arxa görüntüyə əlavə olaraq “giriş və çıxış” rentgenləri alınmalıdır. Çanaq sınıqlarının 90% -i ön-arxa görüntüdə və 94%-i giriş-çıxış görüntüsü əlavə edildikdə rentgen ilə görünə bilər. Kompyuter tomoqrafiya, xüsusilə rentgen ilə görünməyən sirkə kasasının arxa zədələnmələrinin araşdırılmasında, onurğa kanalının və sinirlərin çıxdığı dəliklərin dəyərləndirilməsində, aşağı dərəcəli ön-arxa və fırlanma yerdəyişməsini tanımaqda və sınıqların sirkə kasasına uzanmasını araşdırmaqda faydalıdır.

Ön-arxa, giriş və çıxış rentgenləri

Oma sümüyünün sağ sinir dəliklərindən keçən sınığın KT və 3D görüntüləri
Təsnifat

Çanaq sınııqlarının Young-Burgess təsnifatı
Çanaq sınııqlarının Young-Burgess təsnifatı
Young – Burgess təsnifatında, yan rotasiya sıxılma zədəsi daxili fırlanma məcburiyyəti ilə meydana gəlir. Digər sınıqlara nisbətən daha sabitdirlər və arxa sinir-damar zədələnmə riski daha azdır. Giriş rentgenoqrafiyasında ön çanaqda patoqnomonik eninə sınıq xətti var. Sınıq səbəbilə çanaq yarısının daxili rotasiyası arxa tərəfdən müşahidə olunur. Müayinə zamanı qalça qanadlarına daxili fırlanma istiqamətində sıxılma tətbiq oluna bilər.
Tip I sınıqlarda oma sıxılması mövcuddur.
Tip II sınıqlara məcburi daxili fırlanma nəticəsində yaranan qaıça qanad sınıqları daxildir. Bu tip sınıqların xüsusi bir növü aypara sınıqlarıdır.
Tip III sınıqların bir tərəfində Tip II və ya I, digər tərəfində açıq kitab tipli zədə var.
Y-B Yana sıxılma tip III (Lateral kompressiya III) zədə. Sol çanaq yarısı çevrilir və sağ yarımkürə çıxır

Y-B Yana sıxılma tip III (Lateral kompressiya III) zədə. Sol çanaq yarısı çevrilir və sağ yarımkürə çıxır
Çanaq sınıqlarının müalicəsi
Çanaq sınıqlarının cərrahi müalicəsi üçün göstəricilər hemodinamik qeyri-sabitlik, mexaniki qeyri-sabitlik və açıq çanaq sınıqlarıdır. Müştərək travma xəstələrində ağrıları azaltmaq, təxliyyəni asanlaşdırmaq üçün qısa müddətli xarici fiksasiya tətbiq oluna bilər.
İlkin müdaxilə
Hemodinamik cəhətdən qeyri-sabit xəstələrin təcili müalicəsində çanaq sarğısı tətbiq edələk qanaxmanın azaldılır. Bu gün qızıl standart olaraq qəbul edilən xarici fiksatorlar, sınıqların stabilliyini təmin etdiyi, laxtalanma əmələ gəlməsini asanlaşdırdığı və eyni zamanda çanaq həcmini azaltdığı üçün ən çox istifadə edilir. Təcili yardım şöbəsinə sistolik qan təzyiqi 100 mm Hg-dən aşağı olan xəstələrin ölümünün xarici fiksator tətbiqi ilə 41% -dən 21%-ə düşdüyünü bilinir.

Xarici Fiksator
Daxili Fiksasiya
Ön fiksasiya İlioinguinal və Pfannenstiel kəsikləri ilə edilir. Ən çox seçilən Pfannenstiel kəsikdə, sidik kisəsi kateterizasiyasından sonra, simfiz pubisdən 1-2 sm yuxarıda 6-8 sm uzunluğunda horizontal kəsikdən əməliyyat icra edilir.

Xarici fiksator taxılmış xəstəyə daha sonra daxili fiksasiya tətbiq edilmişdir.