Qonartroz nedir? Total diz endoprotezi

Diz Artrozu (Qonartroz) | Diz endoprotezi əməliyyatı

14 Dekabr 2020
Dr. Elviz Qasımov

Diz atrozu haqqında. Qonartroz nədir?

Diz oynağı iki oynağın birləşməsindən ibarətdir:

  • Diz qapağı ilə bud sümüyünün aşağı ucu arasındakı oynaq (Patellofemoral oynaq)
  • Bud sümüyünun aşağı ucu ilə qamış sümüyünün yuxarı ucu arasındakı oynaq (Tibiofemoral oynaq)

Bu oynaqların birinin vəya hər ikisinin qığırdaq səthləri yuxarıda sadalanan səbəblərdən biri və ya bir neçəsi vasitəsilə degenerasiya olarsa, diz oynağının artrozu/artriti əmələ gəlir. Xəstələrin addım atması şiddətli ağrıya səbəb olur. Əksər hallarda ağrı onların yuxudan oyanmasına səbəb olur. Dizlərdə artrozun dərəcəsindən asılı olaraq şiddətli deformasiyalar əmələ gələ bilər. Qonartroz zamanı başlanğıc mərhələlərdə bədən çəkisinin azaldılması, iltihab və ağrı əleyhinə preparatlar, fizioterapiya, idman hərəkətləri verilir. Bunların təsiri olmadığı halda oynağın içinə hialuron turşusu vurularaq sürtünmənin azalması təmin edilir ki, bununla da ağrı nisbətən azalır. Bu inyeksiyaları 6-12 ay intervalla təkrarlamaq mümkündür və aludəlik yaratmır. Bütün konservativ mualicələrin effektsiz olduğu hallarda isə diz oynağının tam dəyişdirilməsi (Total Diz Endoprotezi) cərrahi müalicəsi məsləhət görülür. Bu əməliyyat 3 komponentli (bud, qamış və diz qapağı oynaq səthləri dəyişdirilir) və yaxud 2 komponentli (bud və qamlış sümüyü oynaq səthləri dəyişdirilir) olur. Tərəfimizdən Total Diz Endoprotezi sadəcə sementli olaraq tətbiq edilir. Bunun da əsas səbəbi xəstələrimiz uzun müddət ağrı ilə yaşadıqları və yaşlı olduqları üçün əmələ gələn osteoporozun olmasıdır.

Total diz endoprotezi

Total diz endoprotezinin təsviri

Əməliyyatdan 2 gün sonra xəstələr oturdulur və ayağa qaldırılır, əməliyyat olan tərəfə yük verilərək addımlamasına icazə verilir. Xəstənin həyat keyfiyyəti yüksəlir. 1 ay sonra tam sərbəst olaraq həyatına davam edir.

Total diz endoprotezi əsasən 60 yaşdan yuxarı xəstələrdə tətbiq edilir, bəzi hallarda gənc şəxslərə də tətbiq oluna bilər. Endoprotezin ömrü ortalama 20 il göstərilir. Protezdə əmələ gələn yeyilmə, laxlama, protezin qırılması, yerdəyişdirməsi kimi hallarda cərrahi əməliyyatla (reviziya) endoprotez çıxardılıb yenisi ilə əvəz edilməlidir. İkinci əməliyyatda daha böyük endoprotezlər istifadə olunur.

Endoprotez əmliyyatlarında fəsad olaraq ən çox infeksiya (0.5-1.0%), oynağın çıxması (8-10%) və dərin venalarda tromb (profilaktika aparılmadıqda 40-60%) görülür. Mərkəzimizdə bu fəsadların olmaması üçün bütün profilaktiki və müalicəvi tədbirlər həyata keçirilir.

Bağlantını kopyala