Boyun-döş fəqərə birləşməsində vərəm spondilitinin kombinə cərrahiyyə ilə əməliyyatı

16 Noyabr 2020
Dr. Elviz Qasımov

21 y K xəstə, 2 il əvvəl C7-T1 fəqərə vərəmi diaqnozu qoyulub. Hər hansı mualicə almayıb. Zamanla boyun ağrıları artıb, yuxarı və aşağı ətraflarda uyuşma və gücsüzlük hissedib. Fizikal və instrumental müayinələr nəticəsində C7-T1-T2 fəqərələrdə patoloji sınıq və lokal şiddətli kifoz, onurğa beyni zədələnməsi (myelomaziya) diaqnozu qoyularaq başqa mərkəzdə onurğanın arxa hissəsindən olduğu vəziyyətdə (in-situ) fiksasiya edilib. Lakin əməliyyat sonrası dövrdə kifozun düzəlməməsi və onurğa beyninə təzyiqin aradan götürülməməsi səbəbilə xəstənin qollarında və ayaqlarında gücsüzlük (parez) daha da artıb. Bu şikayətlərlə müraciət edən xəstəyə eyni seansda əvvəlcə fəqərələrin arxa hissəsindəki implantlar çıxarıldı. Sonra xəstə çevrilərək ön hissədən döş sümüyü də kəsilərək (sternotomiya) C7-T1-T2 fəqərələrin cisimləri disklərlə bərabər çıxarıldı. Yaranan boşluğun ölçüsünə uyğun qəfəsin içi sümüklərlə doldurularaq həmin boşluğa yerləşdirildi. Ətrafına sümük qreftlər qoyulduqdan sonra kilitli servikal titan lövhə 4 ədəd vintlə C6 və T3 fəqərələrinə fiksasiya edildi. Yara təbəqələri uyğun olaraq qapadıldıqdan sonra xəstə üzüaşağı vəziyyətə çevrilərək C3, C4, C5, C6, T3, T4, T5 fəqərələrinə revizion vintləri yerləşdirildikdən sonra rodlara anatomik kifoz verilərək arxa fiksasiya edildi. Yara qatları uyğun olaraq tikildikdən sonra əməliyyat sonlandırıldı. Əməliyyat 9 saat davam etdi. Əməliyyatdan 15 ay keçib və xəstə dəstəksiz sərbəst yeriyir.

C7-T1-T2 fəqərələrin vərəm infeksiyası nəticəsində əriməsi və boşluğu görülür.

Bağlantını kopyala