Ən çox verilən suallar
Bəli ana ola bilər. Uşaq sayısında heç bir məhdudiyyət yoxdur. Belə pasiyentlər normal doğuş da edə bilərlər, lakin epidural vəya spinal anesteziya edilə bilməz.
Pasiyentlər 2-3 gün müddətində yataq rejimində qalırlar. Reabilitasiya müddəti isə 1 ay çəkir.
Onurğa beyni zədələnməsi zamanı xəstə ilk 6-8 saatda əməliyyata alınmalıdır (təcili-təxirəsalınmaz olaraq). Əməliyyat gecikdikcə xəstənin ətraflarının işləmə ehtimalı da azalır. 18 illik təcrübəmizdə 2-3 gün sonra əməliyyat olanlarda da müəyyən yaxşılaşmalar və xəstənin yerimə hallarını görürük.
Oynaqların endoprotezləşdirilmə əməliyyatından sonra ağrılar tama yaxın keçir. 2 gün sonra xəstə aktivləşdirilir, 1 ay müddətində gəzmək üçün köməkçi vasitələr (qoltuqaltı, dirsək əsaları) istifadə olunur. 1 ay sonra xəstələr sərbəst gəzir. Bud-çanaq endoprotezində əksər hallarda reabilitasiyaya ehtiyac olmur. Diz endoprotezində isə maksimum 1 ay reabilitasiya davam edir.
Kök hüceyrə tətbiqinin artroz müalicəsində yeri məhduddur. Xüsusilə III-IV mərhələlərdə heç bir təsiri yoxdur. Hyaluron turşusu I-II-III mərhələlərdə tətbiq edilir və oynaq sürtünməsini azaldaraq ağrıları ciddi miqdarda azaldır. 6-12 ay intervallarla təkrar vurula bilər. Aludəlçilik yaratmır.
Düzəltdiyimiz ÖÇB xəstənin qopmuş bağından daha qalın olur. Amma bu o demək deyil ki, bu bağ qopmayacaq. Əgər düzgün reabilitasiya almazsa, əzələləri gücləndirmədən ağır idman edərsə bu bağ da qopa bilər. Reabilitasiyanı axıra qədər davam etdirdikdən sonra bağın qopma ehtimalı çox az olur.
Menisk yırtığı 1 ay əvvəl olubsa, təmir etmək mümkündür. Bəzi menisk yırtıqları təmir edilmir. Meniskin yırtılmış hissəsi təmizlənir və qalan hissəsi saxlanılır. Saxlanılan hissəyə travma alınarsa yenidən yırtıq əmələ gələ bilər.
Sadəcə yırtıq disk çıxarılarsa, yenidən yaranma ehtimalı var. Əgər disk çıxarıldıqdan sonra yeni disk qoyularsa, bir daha təkrarlama ehtimalı yoxdur.
Əgər əməliyyat düzgün edilibsə, deformasiya təkrarlamır. Qadınlar rahatlıqla hündürdaban ayaqqabı geyinə bilərlər.