
Halluks Rijidus haqqında ümumi məlumat
Halluks Rigidus, ayaqda birinci barmaq kökündə yəni, ayağın birinci daraq sümüyü ile birinci barmaq arasındakı oynaqda ağrı ve hərəkət məhdudluğu ilə müşahidə edilən bir xəstəlikdir. Bu vəziyyət, ayağın I metatarsofalangeal oynağında oynaq kalsifikasiyasına səbəb olur.
Halluks rigidus, yastı pəncəlik xəstəliyi olan insanlarda, peşə ilə əlaqədar olaraq barmaq ucunda gəzən və diz üzərində oturaraq peşəsi ilə məşğul olanlarda daha çox müşahidə edilir. Bundan əlavə Revmatoid artrit və Gut xəstəliyi olan insanlarda yaranma ehtimalı yüksəkdir. Bu xəstəliyin erkən dövründə yerimə, ayaq üstə durarkən ağrı və hərəkət məhdudluğu görülür. Ağrı nəmli və soyuq havalarda daha çox hiss edilir. İlk vaxtlarda bu ağrılara dözmək olur. Lakin zaman keçdikcə birinci barmağın daraq sümüyü ilə birləşdiyi nahiyyə şişkinləşir və qızartı əmələ gəlir. Urada sümük çıxıntı əmələ gələrək barmağın arxaya qatlanmasına əngəl oilur. Xəstələr bu vəziyyətdə ayaqqabıdan uzun müddət istifadə edə bilmir. Bu səbəbdən bəzi xəstələr öz yerişlərini dəyişir, bəzi xəstələrdə isə axsama müşahidə edilir.
Xəstəliyin başlanğıc dövrüdə konservativ müalicə tətbiq edilir. Bu müalicəyə buz, qeyri-steroid iltihab əleyhinə dərmanların istifadə edilməsi və istirahət aiddir. Bundan əlavə xəstənin rahat ayaqqabılar geyinməsi və narahat edici hərəkətlərdən uzaq olması tövsiyyə edilir.
Konservativ müalicələr fayda vermədikdə cərrahi əməliyyata üz tutulur. Cərrahi əməliyyat ilə birinci daraq sümüyünün başında və birinci baqmağın falanqasının əsasında əmələ gələn sümük çıxıntılar (osteofitlər) kəsilərək çıxarılır.

Halluks rigidus, kəsiləcək sümük fraqmentləri və rentgenoloji görüntülər