Menisk yirtigi nedir

Menisk yırtığı, onun əlamətləri və müalicəsi

13 Yanvar 2021
Dr. Elviz Qasımov

Menisk yırtığı nədir?

Qeyd etdiyimiz kimi menisk oynaq daxilində yükün miqdarını azaldan və oynaq hərəkətini asanlaşdıran qığırdaq cismidir. Menisklər C– yarım ay formasında olub, kənarları yüksək ortası isə incə quruluşdadır. Bəzi hallarda menisklər anadangəlmə daha qalın və disk şəklində olur. Diskoid menisk dediyimiz bu hal normaldan daha çox zədələnməyə və yırtılmağa meyllidir. Ağrı və narahatlıq yaratmadığı müddət müdaxiləyə ehtiyac yoxdur. Hər dizdə bayır və iç olmaqla 2 menisk mövcuddur. Menisk yırtılması diz travmalarında tez tez rast gəlinən bir haldır. Menisk yırtığı əsasən idmanda ya da qaçış zamanı görülməklə birlikdə, günlük hər hansi fiziki iş anında dizin ani dönməsi, agressiv hərəkət ,çöməlmə və ağır yük qaldırma nəticəsində də yarana bilər.

Menisklərin və dizin digər strukturlarının təsviri

Menisk yırtığı zamanı əlamətlər

  • Travma zamanı səs eşidilməsi
  • Dizdə ağrı, şişlik
  • Yeriməkdə çətinlik
  • Dizin tam açılıb bükülməməsi
  • Dizin kilitlənməsi

Müayinə necə aparılır?

Diz ağrısı şikayəti olan xəstəyə fiziki müayinə testləri edildikdən sonra, menisk yırtığı şübhəsi altında, diz oynağının detallı dəyərləndirilməsi üçün MRG görüntülənmə məsləhət görülür.

Menisk yırtığının müalicəsi

Menisk yırtığı müalicə növü yırtığın yerindən və ölçüsündən, xəstənin yaşından və aktivlik dərəcəsindən aslı olaraq dəyişir. Yırtıq yerləşməsinə görə qırmızı zonada olan yırtıqlar əksər hallarda konservativ yolla müalicə edilir. Qırmızı zona adlandırılan meniskin kənar hissəsi zəngin qan damarlarına  sahibdir. Bu hissənin kiçik yırtıqları bəzən öz ozünə sağalır. Lakin bunun əksinə, ağ zona yəni meniskin iç hissəsi qan damarlarına sahib deyil. Bu hissənin yırtıqlarında menisk yırtığının böyüklüyü və ağrı şiddəti nəzərə alınaraq cərrahi müalicə məsləhət görülür.

Meniskin zonaları təsvir edilmişdir

Konservativ müalicə

  • İstirahət – Diz ağrıları azalana qədər fiziki fəaliyyət məhdudluşdırılır, bəzən əsa kimi köməkçi vasitələrdən istifadə edilir.
  • Buz tətbiqi – Konservativ müalicə metodunda effektiv rol oynayır. 2-3 gün ağrı və şişkinliyin azalması üçün hər 3-4 saat ərzində 15 dəqiqə buz tətbiq edilir.
  • Dizlik vəya elastik sarğı – Dizdəki ödemi azaltmaq və dizi sabit saxlayaraq ağrının qarşısını almaq məqsədilə istifadə edilir.
  • Ətrafın yuxarı qaldırılması – zədələnmiş ətraf altına 1-2 aystıq qoyularaq ürək səviyyəsindən yuxarıda saxlanılır. Beləliklə, şişlik və ağrı azalır.
  • Qeyri steroid ağrı kəsicilər – Həkimin göstərişi ilə ağrı və dizdəki inflammasiyanı azaltmaq üçün verilir.
  • Fizioterapiya – Mütəxəssis fizioterapevt tərəfindən ağrını azaldan prosedurlar tətbiq edilir və əzələ gücləndirmək üçün idman hərəkətləri göstərilir.

Artroskopik menisk təmiri: radial 1 aylıq menisk yırtığının təmiri göstərilmişdir

Cərrahi müalicə

Xəstənin şikayət simptomları konservativ müalicə ilə azalmadığı və dizin kilidlənib kəskin ağrı verdiyi hallarda cərrahi müalicə tətbiq edilir. Menisk yırtıqları endoskopik (qapalı) üsulla təmir oluna və ya təmizlənə bilər.

Bağlantını kopyala