Replantasiya nədir? Amputasiya olunmuş ətrafın replantasiyası
Replantasiya nədir?
Replantasiya bədən ilə tamamilə əlaqəsi kəsilmiş olan qol, barmaq və s. kimi bir üzvün yenidən yerinə cərrahi olaraq tikilməsinə deyilir. İlk uğurlu böyük ətraf replantasiyası Malt və Me. Khann tərəfindən 1962-ci ildə 12 yaşlı oğlanın bazusunun yuxarı hissəsində icra edilmişdir. 1963-cü ildə isə Chen aşağı said replantasiyası cərrahi əməliyyatını icra etmişdir.
Replantasiya əməliyyatının məqsədi:
- Amputantın qan axımının bərpası
- Kəsilmiş ətrafın qənaətbəxş şəkildə bərpası
- Ərafın funksionallığının qismən vəya tam qaytarılması
- Ətrafın hissi və hərəki funksiyalarının bərpası
- İnsanın əmək qabilyətinin bərpası
Replantasiya cərrahiyyəsinin məqsədi qopmuş ətrafın ilk halına və funksiyasına bənzər vəziyyəti bərpa ediləcək şəkildə yerinə qoyulmasıdır.
Amputasiya iki kateqoriyaya bölünür:
- Tam amputasiya
- Hissəvi amputasiya
Tam amputasiya bütün toxumaların (sümük də daxil olmaqla) kəsilməsidir, hissəvi amputasiyada isə aşağı hissədə kifayət qədər qan dövranı mövcud olur və damarların tikilməsinə ehtiyac olmur. Amma yetərli qan dövranı olmayan hissəvi amputasiyalarda damarların tikilməsi (revaskulyarizasiya) tələb olunur.
Avulsion (dartılaraq qopma) yaralanmalarında damar və sinirlər həddindən artıq zədələndiyi üçün ayrı bir kateqoriyada qiymətləndirilir. Bu tip amputasiyalarda kəsik yerində fərqli məsafələrdə uzanan damarlar və sinir lifləri görünə bilər. “Ribbon sign” zolaq işarəsinin olması travmanın damar divarı boyunca olduğunu göstərir. Bu tip amputasiyalarda proqnoz zəifdir.
Qismən canlı olan amputasiya hallarında yara sahəsi təmizlənir, steril cuna ilə bükülür, sınıq düzəldilir və atelə alınır. Kəsiyin yuxarı və aşağı uc arasındakı toxuma parçaları qopardılmamalıdır. Tam amputasiya zamanı soyuq işemiya müddətini uzatmaq üçün amputat steril cunaya sarılır və steril əlcəyin içinə qoyularaq ağzı möhkəm bağlanır. Daha sonra içi buzla doldurulmuş suya qoyulur.
Güdül isə steril sarğı ilə bağlanmalıdır. Qanaxmanı dayandırmaq üçün yuxarı hissədən elastik bandajla möhkəm bağlamaq lazımdır.
Replantasiya əməliyyatının sırası aşağıdakı kimidir:
- Sümük qısaldılması (ehtiyac olduqda) və fiksasiyası
- Arterial təmir (anastomoz)
- Venoz təmir (anastomoz)
- Açıcı və bükücü vətərlərin təmiri
- Sinirlərin təmiri
- Dəri tikilməsi
Bəzən amputasiya olunmuş hissəni yerinə tikmək mümkün olmur. Bu hallarda qopan ətraf qarına və ya digər ətrafa müvəqqəti olaraq replantasiya edilir. 3 həftə gözləndikdən sonra həmin hissədən ayrılaraq tikiləcək nahiyyəyə replantasiya edilir.
Əməliyyatdan sonra replantasiya olunmuş ətraf dinamik müşahidəyə alınır:
- Rəng dəyişikliyi yoxlanılır
- Kapilyar bərpa vaxtı saatlıq qiymətləndirilir
- Doppler ilə arterial qan axımı yoxlanılır
Mükəmməl mikrocərrahi texnikaya baxmayaraq, damar anastomozunda trombozun inkişafı mikrocərrahiyyə əməliyyatının uğursuz olmasının əsas səbəbidir. Trombositlərin birləşməsi nəticəsində arterial trombozun 90%-nin əməliyyatın ilk günü əmələ gəldiyi göstərilmişdir. Venoz trombların 42%-i fibrin meydana gəlməsindən (əməliyyatdan 1 gün) sonra görülür. Arterial və venoz tromboz əməliyyatın ilk 3 günü ərzində baş verir. Mikrocərrahiyyə əməliyyatının 3-cü günündən sonra uğursuzluq riski 10% -ə qədər azalır. Arteriya tromboz replantasiya olunan parçada açıq rəngli, turqor itkisi və yavaş kapilyar doldurulma ilə görülürkən venoz çatışmazlıqda siyanotik bir görüntü müşahidə olunur. Venoz çatışmazlıqda əvvəlcə yüngül bir kəsik, heparinize edilmiş cuna sarğı, zəli drenajı və müvəffəq olmadığı təqdirdə venoz anastomoz revizyonu aparılır. Perioperativ antikoagulyasiya müalicələri ilə tromb əmələ gəlmə ehtimalı minimuma endirilir. Bunlar: aspirin, heparin, AMKH, dextrandır. Ağrıkəsici olaraq parasetamol, opioidlər və s. verilir. İnfeksiya profilaktikası üçün isə geniş spektrli antibiotiklər vena daxilinə verilməlidir.
Replantasiyadan sonrakı fəsadlar
Erkən və gec olmaqla iki hissəyə ayrılır:
Erkən fəsadlar: Əməliyyatdan sonrakı ilk 3 gün ərzində baş verir:
- Tromb
- İnfeksiya
Gec fəsadlar:
- Tendon yapışması
- Sümüklərin birləşməməsi
- Nevrinoma əmələ gəlməsi, təkrarlayan ağrı, həssaslıq, soyuğa dözümsüzlük
- Estetik görünüş,
- Barmaq uzunluğunun qısaldılması,
- Hissiyatın itirilməsi, hissiyatın artması, uyuşma,
- Atrofik yumşaq toxumalar,
- Dırnaqların olmaması, dırnaq deformasiyası,
- Hərəkət məhdudiyyəti,
- Əl tutma gücünün azalması.
Replantasiya zamanı əks göstərişlər:
Ümumi mütləq əks göstərişlər
- Həyat üçün təhlükəli xəsarətlər
- Sistemik xəstəlik – uzun müddətli əməliyyata tab gətirməmək
Yerli mütləq əks göstərişlər
- Yuxarı ətrafın orta hissəsinin proksimalından amputasiya ilə 6 saatdan çox davam edən işemiya
- Ağır əzilmə və ya avulsiya yaralanmaları
- Halqa avülsionu
- Həddindən artıq çirklənmə
- Kəsilmiş hissənin düzgün qorunmaması
- Çiyin amputasiyası
Ümumi nisbi əks göstərişlər:
- Damar xəstəlikləri, Şəkər xəstəliyi, Hipertoniya
- Yaşlı xəstə
- Özünə xəsarət yetirən və psixi xəstələr
Yerli nisbi əks göstərişlər:
- Çox səviyyəli zədələnmə
- Avulsion
- Bir barmaq zonası 2 kəsik (baş barmaq istisnası)
- Uzun müddətli işemiya
Replantasiya əməliyyatından sonra bəzi parametrlər erkən və gec dövrdə nəticəyə təsir edir. Bunlar:
- Zədə növü və səviyyəsi
- İşemiya vaxtı
- Şəkər xəstəliyi
- Alkoqol istifadəsi
- Yaş
- Cinsiyyət
- Siqaret çəkmək