Koksartroz nedir

Bud-çanaq artrozu. Koksartoz nədir?

15 Dekabr 2020
Dr. Elviz Qasımov

Bud-çanaq atrozu haqqında ümumi məlumat

Bud-çanaq oynağı çanağın sirkə kasası və bud sümüyü başı arasındakı oynaqdır. Hər iki hissədə oynaq qığırdağı əriyir və artroz əmələ gəlir. Xəstəliyin başlanğıc mərhələsində bədən çəkisinin azaldılması, ağrıkəsici preparatların istifadə edilməsi, fizioterapiya və idman hərəkətləri ilə oynaq ətrafındakı əzələlərin gücləndirilməsi mualicələri verilə bilər. Aşağı ətraflar arasında uzunluq fərqi var isə qısa tərəfə ayaq altına hündürlük verilir. Ağrı xəstənin həyat keyfiyyətini pozarsa, konservativ maulicələrdən fayda görməzsə, bud-çanaq oynağının yeni oynaqla əvəz edilməsi əməliyyatı planlaşdırılmalıdır. Xəstəyə əmliyyat və fəsadları, ağırlaşmaları haqqında ətraflı məlumat verilməlidir. Əməliyyatdan sonra ağrı tama yaxın keçir və oynağın fuksiyası bərpa edilir. Xəstələr 2 gün sonra oturdulur və ayağa qaldırılır, əməliyyat olan tərəfə yük verilərək addımlamasına icazə verilir. Xəstənin həyat keyfiyyəti yüksəlir. Bud-çanaq endoprotez əməliyyatı yaşa görə fərqliliklər göstərir.

Total bud-çanaq endoprotezinin təsviri

Total bud-çanaq endoprotezinin təsviri

4 növ endoprotez tətbiq edilir:

  1. Sementsiz total qalça endoprotezi: 70 yaş altı xəstələrdə tətbiq edilir. Həm sirkə kasasına həm də bud sümüyü içinə sementsiz komponentlər yerləşdirilir. Uyğun baş qoyularaq oynaq yerinə salınır.
  2. Sementli total qalça endoprotezi: 70 yaş üstü xəstələrdə osteoporozla əlaqədar olaraq sementli bud-çanaq endoprotezi tətbiq edilir.
  3. Hibrid total qalça endoprotezi: bud sümüyü komponenti sementli, sirkə kasası komponenti isə sementsiz olaraq tətbiq edilir.
  4. Tərs hibrid total qalça endoprotezi: bud sümüyü komponenti sementsiz, sirkə kasası komponenti isə sementli olaraq tətbiq edilir.

Əgər travma nəticəsində xəstədə bud sümüyü boynu sınığı olubsa, bud-çanaq oynağının Hemiartroplastika (sadəcə bud sümüyü komponentinin yerləşdirilməsi) endoprotez əməliyyatı tətbiq edilir. Xəstələr osteoporotik olduğu üçün bud sümüyü komponenti sementli olaraq yerləşdirilir. Daha sonra çıxarılmış bud sümüyü başının diametri ölçüsündə baş yerləşdirilərək oynaq yerinə salınır. Sirkə kasasına hər hansı bir müdaxilə edilmir.

Hemiartroplastika, qalça protezi

Hemiartroplastika və Total qalça protezinin təsviri

Bağlantını kopyala